|
'Cerablus əməliyyatının əsas hədəfi kürdlərdir'
Cerablus əməliyyatının əsas hədəfi kürdlərdir.
 
Axar.az xəbər verir ki, bunu suriyalı general Türki Həsən “İzvestiya” qəzetinə açıqlamasında deyib.
 
“Amerikalılar böyük ehtimalla kürdlərin muxtariyyət yaratmalarına razılıq veriblər. Rəsmi Ankara bunun axır-əvvəl Türkiyə torpaqlarına sirayət edəcəyini anlayır. Bu səbəbdən türk ordusu kürdlərin irəliləyişini dayandırmaq üçün Qamışlıdan Afrinə qədər irəliləyəcək. Sonrakı addım isə Əl Bab əməliyyatı ola bilər”, - Həsən bildirib.
 
Qeyd edək ki, türk ordusunun aktiv əməliyyatları nəticəsində Cerablus şəhəri tamamilə İŞİD-dən azad olunub. 
Cia.az