Nevada ştatında seçicilərlə görüşündə ABŞ prezidentliyinə namizəd Hillari Klinton Vladimir Putini “Qlobal millətçiliyin xaç atası adlandırıb”.
Avropa.info xəbər verir ki, Nevadada nitq söyləyən Klinton Donald Trampı irqçilikdə ittiham edərək deyib ki, Tramp prezident olduğu təqdirdə ABŞ-ın rəngli dərili əhalisinin maraqlarına əhəmiyyət verməyəcək. Klinton özü milliyyətindən fərqli olmayaraq hər kəsə xidmət edəcəyini bildirib. O, millətçiliyin qlobal problemə çevrildiyini deyib.
Demokratların namizədi deyib ki, Tramp ona görə təhlükəlidir ki, Rusiyayönlü siyasət aparır. Tramp Krımın Rusiya ərazisi kimi tanınması üçün çıxış edir.
Nitqi zamanı o, hər hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı deyilənləri təkzib edib. Daha əvvəl mətbuatda xəbər getmişdi ki, Demokratların namizədinin sağlığı ilə bağlı problemi var.
Cia.az
