Bir müddətdir birlikdə olduqları iddia edilən və haqlarında xəbərlər çıxan model, aparıcı və pilates mütəxəssisi Ebru Şallı və komediya ustası, aktyor Cem Yılmaz münasibətlərini artıq gizlətmirlər. Ötən gün axşam Bodrumda bir məkanda, Ozan Güvənlə səhnəyə çıxan C. Yılmaz sevgilisi E. Şallının gözlərinin içinə baxaraq "Psikopatik” mahnısını oxuyub. E. Şallının mahnının sonunda C. Yılmaza "Psikopatım mənim" deyərək qucaqlaması diqqətdən yayınmayıb.
İlk olaraq Çeşmədə birlikdə olan, lakin haqlarında yayılan eşq iddialarını rədd edən Cem və Ebru sonra Bodrumda “Marina Yacht Clup”da əyləniblər. Səhnədə Şəbnəm Fərahın “Sil baştan” mahnısını söyləyən Yılmazı Şallı öpüşlərə qərq edib. O, əlində qırmızı qızılgüllə məkanı tərk edərkən müxbirlərin "Xeyirli olsun" sözlərinə təşəkkür edərək cavab verib. Gecənin finalına barların birində yekun vuran cütlük romantik anlar yaşayıblar.
Xatırladaq ki, E. Şallı bir müddət bundan əvvəl bəstəkar-müğənni Sinan Akçılla münasibətlərini sonra çatdırıb.
Cia.az
