|
Nigeriyada itinə prezidentin adını verən şəxs məhkəməyə verilib
Hüquq mühafizə orqanları öz itinə ölkə prezidenti Muhəmməd Buxarinin şərəfinə onun adını verən şəxsi həbs edib.
Cia.az “New York Times”-a istinadən xəbər verir ki, günahlandırılan şəxs aldığı iti Buxari adlandırıb və bu adı itin  üstünə yazaraq, küçəyə buraxıb.
Məlumata görə, Yoahim Çinakve adlı şəxs  ölkə vətəndaşlarının sakitliyini pozmaqda və Nigeriyada sülhü təhlükə altında qoymaqda günahlandırılır. Saxlanılan bildirib ki, prezidentin siyasətini bəyəndiyi üçün itini onun şərəfinə adlandırıb. İtin sahibinin məhkəməsi sentyabrın 19-da keçiriləcəyi bildirilib.
Cia.az