|
Şəmkirdə qadın qadını bıçaqlayıb
Şəmkirdə bıçaqlanma olub. 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən M. Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Cia.az