|
PKK-nın Suriya qolu Türkiyəni hədələdi
PKK-nın Suriya qolu PYD/YPG Cerablus üzrə komandirinin Türkiyə İstihbarat Təşkilatı tərəfindən öldürüldüyünü iddia edib.
Terror təşkilatı YPG komandiri Abdussəttar əl Cadiri bazar ertəsi günü kimliyi bəlli olmayan adamlar tərəfindən öldürülüb.
YPG isə Cadirinin  MİT tərəfindən Şeykler kəndindən snayper atəşi ilə öldürüldüyünü iddia edib.
Terror təşkilatı Türkiyənin bu addımının cavabsız qalmayacağını deyib.
Cia.az