|
Alı Alıyev “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan prezidenti İlham Əliyev Alı Nuşrəvan oğlu Alıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, A. Alıyev Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, A. Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısıdır.