|
Ağdaşda faciə - Ev yandı, 5 yaşlı uşaq öldü
Ağdaş rayonunda yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.
Cia.az