Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.
Bu barədə Trend-ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
Vəkil bildirib ki, Ə.İnsanov barəsində avqustun 24-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Məhkəmöənin qərarı ilə sabiq nazir barəsində başlanmış cinayət işi ilə bağlı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Cia.az
