Fransalı yazıçı Mişel Bütor 90 yaşında vəfat edib.
Bu barədə "Le Monde" qəzeti yazıb. Mərhumun qohumlarının nəşrə verdikləri məlumata görə, Bütor səhər saatlarında Yuxarı Savoyya departamentində yerləşən Kontamin-sür-Arv kommunasının xəstəxanasında keçinib. Bütorun yaradıcılığı Fransa nəsrində "yeni roman" istiqamətinə aiddir.
O, "Dəyişiklik" romanına görə 1957-ci ildə Fransanın "Rendo" ədəbi mükafatına layiq görülüb.
Cia.az
