İslandiya millisinin üzvü Eydur Qudyonsenin yeni klubu müəyyənləşib.
37 yaşlı futbolçu karyerasını Hindistanda davam etdirəcək.
O, yüksək liqada çıxış edən “Puna Siti” ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, vaxtilə “Barselona” və “Çelsi”də də çıxış etmiş Qudyonsen ötən mövsüm Norveçin “Molde” klubunda oynayıb.
Cia.az
