Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.
Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini, 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
