"ASAN Akademiya" açıldı. Açılış mərasimində "ASAN Könüllüləri" Təşkilatının sədr müavini Rəbiyyə Cəfərova çıxış edərək layihə haqqında geniş məlumat verib. Rəbiyyə Cəfərova bildirib ki, layihənin keçirilməsində əsas məqsəd, gənclərin fərdi inkişafına təkan vermək , gələcək karyeraları üçün faydalı addım atmalarına şərait yaratmaqdır.
Daha sonra layihə təlimçiləri çıxış edərək layihədə iştirak hüququ qazanmşgəncləri təbrik edib, layihənin keçiriləcəyi müddət ərzində faydalı mövzularlazəngin müxtəlif təlimlərdə görüşəcəklərini bildiriblər.
Qeyd edək ki, 2 ay davam edəcək “ASAN Akademiya” layihəsi çərçivəsindəiştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik,layihələrin yazılması və təqdimatı haqqında müxtəlif təlimlər və praktikiməşğələlər keçiriləcək.
Cia.az
