Salyan rayonunun hüquq-mühafizə orqanalrının həyata keçirdikləri operativ istintaq-əməliyyat tədbirləri nəticəsində, 3 gün əvvəl yaşadığı evdə meyiti tapılan qadının atası - 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunaraq saxlanılıb. Onun qızını şəxsi münasibətlər zəmnində iplə boğaraq qətlə yetirdiyi məlum olub.
Xatırladaq ki, avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsindəki evlərdən birində yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının həmin evdə meyiti tapılmışdı.
Meyitin ilkin müayinəsi zamanı boğazında stranqulyasiya şırımı aşkar olunmuşdu.
Cia.az
