|
Vəzifəli şəxs bankomatdan pul çıxararkən öldü

Azəravtoyol ASC-nin 17 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.

Göyçay şəhəri, Hüseynbala Əliyev küçəsində yaşayan M.Ağayev şəhər ərazisində olan bankomatların birindən pul çıxararkən qəflətən vəziyyəti pisləşib və vəfat edib

Qeyd edək ki, mərhum M.Ağayev keçmiş icra başçısı Mübariz Ağayevin qardaşıdır. O, 1999-cu ildən Yol İstismar İdarəsinə rəhbərlik edirdi.

Cia.az