Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yanğın törədiblər.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, alov tədricən 3 istiqamətdə geniş ərazilərə yayılır. Məlumata görə, alov Xocavəndin Dərəkənd, Qarakənd və Süleymanlı kəndləri ərazisində müşahidə olunur. Alov, Ağdam və Ağcabədi rayonlarının cəbhəyanı yaşayış məntəqələrindən açıq-aydın müşahidə olunur.
Cia.az
