|
Millimiz Gürcüstana böyükhesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. 

Qol.az-ın məlumatına görə, Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan futbolçularımız 1:4 hesabı ilə məğlub olub. 

Xatırladaq ki, komandalar arasında baş tutan ilk oyunda yığmamız 1:3 hesabı ilə Gürcüstan millisinə uduzmuşdu.

Cia.az