Baş rollarında Ahmet Kural və Murat Cimcirin yer aldığı “Çalgı Çengi İkimiz” filminin çəkilişlərinin bitməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfransda M.Cemcir bu vaxta çəkdikləri ən əyləncəli film olduğunu deyib.
A.Kural da çəkilişlərdə çox əyləndiyini bildirib və filmi hər kəsin bəyənəcəyinə ümidvar olduğunu söyləyib.
Rol aldığı filmlərdə ifa etdiyi mahnılarla da diqqət mərkəzinə düşən Murat və Ahmet bu filmdə fərqli musiqilər təqdim etdiklərini bildiriblər.
Qeyd edək ki, film 2017-ci ilin yanvarında təqdim olunacaq. Qarşıdakı aylarda filmin montaj işləri aparılacaq.


Cia.az
