Türkiyənin dünyaca məşhur keçmiş ağır atleti Naim Süleymanoğlu 90-cı illərdə Fətullah Gülənin bir videosunda "Naim Süleymanoğlunu heç sevmirəm" deməsinə aydınlıq gətirib.
Avropa.info xəbər verir ki, dünyaca məşhur idmançı N.Süleymanoğlu Fətullah Gülənin ona qarşı MİT-də işləyən bir qohumu səbəbindən nifrət etdiyini deyib.
"Gülən 1990-cı ildə axtarışda olarkən Burdurda yaxalanıb İstanbula gətirilir. MİT-in Beşiktaş Yıldızdakı mərkəzində sorğuya çəkilir. Onu mühakimə edən də, hazırda təqaüdçü olan MİT-də çalışan bir qohumum idi. İfadəsində şəkər və təzyiq xəstəsiyəm deyib. Bir müddət sonra da Ankaradan gələn bir telefon zəngi ilə sərbəst buraxıldı. Mənim qohumum da dindirərkən ona bir neçə şillə vurub. Qohumum olduğunu öyrənəndən sonra, mənə qarşı mediada kampaniya başlatdı.
90-cı illərdə idman arenalarında bunlar görüşlər keçirirdilər. Çoxlu sayda insanlar gedib bunların söhbətlərinə qulaq asırdı. Məni həm mühafizə edən polislər, həm də dövlətin əhəmiyyətli yerlərindən vətənpərvər insanlar bu toplantılarda iştirak etməkdən çəkindirirdilər. Deyirdilər ki, diqqətli ol. Sən indi gündəmdəsən. Dünya, Türkiyə səndən danışır. Bunların şousuna alət olma.
Camaat iclaslarına qatılmadığım üçün məni hədəf seçdilər. Sonrakı dövrlərdə qoruma polisim də əlimdən alındı. Əhəmiyyətli yerlərdə rəhbərlik etməyimi mane oldular. Təkliflərinə xeyr deyincə mənə qarşı yönəldilər" - deyə Naim Süleymanoğlu qeyd edib.
Cia.az
