|
Nijni Novqoroddan Bakıya aviareys açılır

Bu ilin avqustun 25-dən “Komiaviatrans” şirkəti Nijni Novqoroddan Azərbaycana birbaşa reyslər həyata keçirəcək.

Aviaşirkətin saytında yerləşdirilmiş məlumata görə, birbaşa reyslər Nijni Novqorod-Bakı-Nijni Novqorod marşrutu ilə həyata keçiriləcək. Uçuş 2 saat 45 dəqiqə davam edəcək.

“Striqino” hava limanının məlumatına görə, Nijni Novqorod şəhərindən reyslər cümə günləri saat 9:30-dan, Bakıdan isə cümə axşamları 19:15-də həyata keçiriləcək. Birtərəfli gediş üçün biletin qiyməti 12300 Rusiya rublu və ya 307 manat təşkil edəcək.

Cia.az