|
Az yatırsınızsa, bunun səbəbi genlərinizdir
Elmi araşdırmalar sübut edib ki, bəzi adamların az yatmalarının səbəbi genlərlə bağlıdır. 
Yuxu mövzusunda mütəxəssisləşmiş "Academy of Sleep Medecine" təşkilatının araşdırmaçıları normal yuxu müddətinin nə qədər olduğunu araşdırıblar. Təcrübələrdə 59-u tək yumurta əkizi olan 100 əkiz iştirak edib. Bir cihazın köməyi ilə 8 gecə əkizlərin yuxusuna nəzarət edən alimlər bəzi adamlara 5 saatlıq yuxunun bəs etdiyini, bəzilərinin isə 7,5 saat yatmağa ehtiyac duyduqlarını deyiblər. 

Təşkilatın başçısı Timoti Morgentaler yuxunun insan orqanizmi üçün çox önəmli bir faktor olduğunu, xoşbəxt olmaq istəyən insanların ən azı 7 saat yatmaqlarının vacib olduğunu vurğulayıb. Genetik olan yuxu problemi haqqındakı araşdırma nəticələri “Sleep” jurnalında yayımlanıb.
Cia.az