Məşhur belçikalı caz ifaçısı Tuts Tilemans 94 yaşında dünyasını dəyişib.
Axşam.az Euronews-a istinadən xəbər verir ki, “ağız qarmonunun kralı” sayılan Tuts Tilemans bir ay əvvəl yıxıldığı üçün xəstəxanada müalicə alırdı.
Lakin, geridə qalan 1 ayda həkimlərin bütün cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
16 yaşında sənətə başlayan Tilemans 28 yaşında ABŞ-a köçüb. O, Amerikada Frenk Sinatra, Oskar Piterson, Kuinsi Con və bir çox məşhur caz ifaçıları ilə birlikdə çalışıb.
1952-ci ildən ABŞ-na köçən Tuts Tilemans sənət karyerasını 2014-cü ildə səhhətində yaranan problemlərlə bağlı bitirib.
Qeyd edək ki, Tilemans həm də gitarada professional ifa edə bilirdi.

Cia.az
