|
Yevlax sakini sürdüyü traktorun altında qalaraq ölüb

Yevlaxda faciəvi qəza baş verib.

"Region TV" məlumat verir ki, rayonun Tanrıqulular kənd sakini Cavid Sarıyev “MTZ-80” markalı traktorun idarəetməsini itirib.

Təhlükə hiss edən sürücü canını qurtarmaq üçün yerə tullanıb. Amma elə yerdəcə canını tapşırıb.

C.Sarıyev traktorun təkərinin altında qalıb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az