|
Bakıda "Ford"markalı yük avtomobili yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az