|
Beynəlxalq Valyuta Fondunun missiyası Bakıya gəlir

Sentyabrın 9-da Beynəlxalq Valyuta Fondu (BVF) Direktorlar Şurasının üzvləri Azərbaycana səfər edəcək.

Oxu.az xəbər verir ki, bu barədə BVF-nin Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyanın rəhbəri Məhəmməd əl-Qorçi məlumat verib: “Səfər zamanı missiya bir sıra görüşlər keçirəcək”.

BVF rəsmisi, həmçinin özünün Azərbaycana səfərinin planlaşdırılmadığını qeyd edib.

“Oktyabrın 8-9-da Vaşınqtonda (ABŞ) BVF-Dünya Bankının birgə illik toplantısı keçiriləcək. Ondan sonra isə mənim Azərbaycana səfərimin məsələsinə baxacağıq”, - deyə əl-Qorçi vurğulayıb.

O, həmçinin BVF-nin Azərbaycanla bağlı hər hansı yeni layihənin maliyyələşməsini planlaşdırmadığını da qeyd edib.

Cia.az