|
Gürcüstanda Ermənistana gedən qaz borusunu partlatmaq istədilər

Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya ilə Ermənistanı birləşdirən qaz kəmərini partlatmağa cəhd etmiş şəxsləri saxlayıblar.

Gürcüstan mətbuatı xəbər verir ki, keçirilən xüsusi əməliyyat nəticəsində 7 nəfər saxlanılıb, onların arasında Poti şəhərinin polis əməkdaşı da var.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, saxlanılan şəxslər qaz kəmərinin Saquramo kəndindən keçən hissəsində terror aktı planlaşdırıblarmış.

Saxlanılan şəxslərdən 5 nəfər Gürcüstan vətəndaşıdır.

Cia.az