|
Neft kəskin ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 18-də London birjasında Brent markalı neft 50 dollardan ucuz satılmağa başlayıb.

Hazırda bu markalı neft 1,6% ucuzlaşaraq 49,92 dollara satılır.

WTI markalı neft isə 1,6% dəyər itirərək 47,72 dollara qədər ucuzlaşıb.

Cia.az