|
Batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
FHN dənizdə batan 3 nəfəri xilas edib.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə dərhal cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər
Cia.az