|
Qız Qalasında intihar

Qız Qalasında intihar qeydə alınıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarından ANS PRESS-ə verilən məlumata görə, meyitin təxminən 55 yaşlı şəxsə məxsus olduğu ehtimal edilir.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat xidmətinin rəhbəri Rahib Azəri də faktı təqdiqləyərək həmin şəxsin özünü Qaladan atdığını bildirib.

Qeyd edək ki, ötən ayın 24-də Qız qalasında eyni hadisə baş vermişdi. 31 yaşlı Yuri Prişayev özünü Qız qalasından atmışdı.