Məşhur müğənni Əmrə Aydın 2 ildir sevgili olduğu Eda Köksalla ailə qurdu.
Mərasim bu gün Edanın yaşadığı Ordu şəhərində baş tutub.
Məlumata görə, Əmrə Aydın doğma şəhəri Antalyada da toy edəcək. Sentyabrın 9-da isə daha bir mərasim İstanbulda Əmrənin dostları üçün təşkil ediləcək.
Qeyd edək ki, Eda nişanlısının ssenarisi əsasında çəkilən “Cinni: Uyanış” adlı qorxu filmində baş rolda yer almışdı.


Cia.az
