Aktyor Kərəm Fırtına ilə müğənni Fatma Turqutla ailə qurur.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kiralık Aşk” serialında “İsmail” rolunu canlandıran Kərəm sevgilisi ilə Bodrumda Birol Namoğlunun konsertinə gedib.
Birolun dəvəti ilə səhnəyə çıxan Fatma ifasının sonunda Kərəmə olan sevgisini elan edib.
Bundan sonra Kərəm yaxınlarda evlilik hazırlıqlarına başlayacaqlarını bildirib.
Qeyd edək ki, Fatma Turqut “Model” musiqi qrupunun da solistidir.
Cia.az
