Qadınların çoxu ayaqqabı seçimində çətinlik çəkir. Çox zaman bir neçə müxtəlif cür ayaqqabıdan xoşu gəlsə də, onlardan hansını alacağı mövzusunda tərəddüd edir. Aile.lent.az sizi düzgün ayaqqabı seçməyin bir neçə yolu ilə tanış edir.
*Ayaqlarınız kökdürsə, yığılan və qırışan uzunboğaz çəkmələrdən uzaq durun.
*Ayaqlarınız incədirsə, düz, babet formalı ayaqqabılar yerinə, biləkdən bağlı, nazik hündürdaban ayaqqabılara üstünlük verin.
*Ayaq biləkləriniz qalındırsa, biləkdən bağlı və ya biləyi açıqda saxlayan modellər sizə uyğun deyil. Babet formalı çəkmələr qalın biləkli ayaqlar üçün ideal seçimdir.
* Qısa boylu xanımlar iri dabanlı ayaqqabılardan uzaq durmalıdırlar. Ayaq biləklərini ön plana çıxaran platforma və ya nazik daban ayaqqabılar qısa boylu qadınlar üçün doğru seçimdir.
*Qalın biləkli xanımlar diqqəti biləklərə yönəldən modelləri unutsunlar.
*Bədəniniz armud şəklindədirsə, ayaq boyunu uzadacaq zərif ayaqqabılar seçməniz daha doğru olar.
* Hündür boylu xanımlar platforma, stiletto, plomb daban kimi modellərdən uzaq olmalıdırlar.
Cia.az
