|
Boşanmaq üçün alacağı 7 milyonu kasıblara bağışlayacaq

Aktyor Conni Depdən boşanacaq Amber Heard alacağı 7 milyon dollarlıq təzminatı ehtiyacı olanlar üçün xeyriyyə məqsədilə istifadə edəcəyini açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı model və aktrisa təzminatın onun üçün önəmli olmadığı söyləyib:

“Bu pulun özünü müdafiə etmək üçün mənim qədər şansı olmayanlar üçün dəstək olacağına ümid edirəm”.

A.Heard 7 milyon dollar bu məqsədlə “Amerika İnsan Haqları Birliyi” və “Los Anceles Uşaq Xəstəxanası” arasında bölüşdürəcəyini deyib.

Cia.az