|
“Yaxşı ki evlənmişəm” - “Kördüğüm”ün “Eylül”ü

“Kördüğüm” serialında “Eylül” obrazını canlandıran Saadet Işıl Aksoy və Pamir Kıranerin evliliyinin 1 ili tamam olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı aktrisa bu münasibətlə sosial mediada həyat yoldaşını təbrik edib:

“Sanki bütün kainat bir-birimizi tapmağımız üçün çalışmışdı. Həyat, sənə təşəkkür edirəm. Yaxşı ki evlənmişəm. Ən doğru qərarımdır”.

Cütlük evlilik ildönümlərini Marmarisdə xüsusi qeyd ediblər.

Cia.az