|
Rio-2016: Azərbaycan Olimpiadada növbəti bürünc medalı qazanıb
Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.
 
APA-nın məlumatına görə, Azərbaycanı təmsil edən taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) yığmamızın aktivinə növbəti bürünc medalı əlavə edib.
 
Harçeqani üçüncü yer uğrunda görüşdə polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək Olimpiya Oyunlarında 3-cü yer tutub.
Cia.az