|
Mingəçevirdə bacı və qardaş itkin düşüb

Mingəçevir şəhərində bacı və qardaş itkin düşüb.

“Report”un xəbərinə görə, 17 yaşlı Aytac Mustafayeva qardaşı, 6 yaşlı Kənan Mustafayevlə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onların valideynləri Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat veriblər.

Hazırda Mingəçevir ŞPŞ-də bacı və qardaşın axtarıçları davam etdirilir.

Cia.az