Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) dəfn edilib.
Mərhumla vida mərasimində onun ailə üzvləri ilə yanaşı, qohumları, müxtəlif ölkələrdən olan dostları və yerli əhali iştirak edib.
Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.
Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar "Şəhidlər xiyabanı" küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Küçəyə yolboyu qərənfillər səpilib.
Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunub. (“Report”)
Cia.az
