|
Özü ilə 15 kilo qurudulmuş tırtıl aparırdı, yaxalandı
Dünyanın ən əcaib və iyrənc qaçaqmalçılıq hadisəsi İsveçrənin Bazel hava limanında baş verib. Gömrük-sərhəd yoxlaması postunun əməkdaşları növbəti sərnişinin baqajını yoxlayarkən oradan çıxanları görəndə heyrətləniblər. 

Toqo vətəndaşı Adrian Onobanjonun çantasında 15 kiloqram qurudulmuş tırtıl çıxıb. Polisin dediyinə görə, onlar toqolu sərnişinin çantadan kiçik “qara nəsnə”ləri çıxarıb ağzına atması, sonra da yerə tüpürməsindən şübhələniblər. Toqolunun çantası ağzınadək qurudulmuş tırtılla dolu olub. Onobanjo polisi aldatmağa çalışaraq ilk əvvəl yükünün ağac kökləri olduğunu desə də, tırtılların bəziləri tərpənəndə yalanı üzə çıxıb. 

Polis tırtıl qurusunun İsveçrədə çərəz qismində yasaq olduğunu deyərək bu iyrənc qaçaqmalı müsadirə edib.
Cia.az