|
Bakıda Azərbaycan Gənclərinin Film Festivalı keçiriləcək

Sentyabrın 7-də Bakıda Azərbaycan Gənclərinin Film Festivalı keçiriləcək.

Cia.az festivalın “facebook”da yaradılan səhifəsinə istinadla bildirir ki, “Park cinema in Park Bulvar”da keçirilməsi nəzərdə tutulan festival çərçivəsində Azərbaycanın hər yerindən 13-22 yaşlı gənclərin qısametrajlı filmləri nümayiş olunacaq.

Festivalın sonunda isə mükafatlandırma mərasimi keçiriləcək.

Müsabiqəyə qatılmaq üçün filmlər https://goo.gl/forms/Us9xotdKQUZGV2iG3 elektron ünvanına göndərilməlidir.

Qeydiyyat avqustun 30-dək davam edəcək.

Cia.az