|
Aktrisaya sərt reaksiya:

Bu yaxınlarda aktyor Kadir Doğulu ilə ailə həyatı quran aktrisa Neslihan Atagül sosial mediada ciddi tənqidlə üzləşib.

Sosial mediada ağladığı halda çəkilən fotosunu paylaşan aktrisaya “Şəxsi işlərin sənə qalsın” deyə reaksiya gəlib.

Paylaşıma görə əsəbiləşən bəzi istifadəçilər aktrisanın hər anını sosial mediada bölüşməsinə etirazlarını bu tərzdə bildiriblər:

“Ağlayırsansa da bunu hər kəslə paylaşmaq məcburiyyətində deyilsən”.

“Dünyanın sərvətini qazanırlar. Bəs bu nəyin üzüntüsüdür”.

“Kadir ağladıb? Pul xoşbəxtlik gətirmir”.

Cia.az