|
Boşanmamaq üçün bunu etdi

Məşhur amerikalı aktyor Uill Smit  və həyat yoldaşı Cada Pinket Smit arasında davam edən mübahisələr onları boşanmaq həddinə gətirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mən əfsanəyəm” filmi ilə məşhurluğunu artıran 48 yaşlı aktyor həyat yoldaşından ayrılmaq istəmir.

O, evliliklərini xilas etmək üçün bir neçə dəfə ailə planlaması mütəxəssislərinə müraciət etdiklərini söyləyib.

Aktyor açıqlamasında “Bəzən iki insan bir-birini nə qədər çox sevsələr də həll edə bilmədikləri ciddi problemləri olur” deyə bildirib.

Qeyd edək ki, U.Smit illik 80 milyon dollar qazancı ilə Hollivudun ən varlı aktyoru hesab edilir.

Cia.az