|
Toydan 10 ay sonra bal ayına çıxdılar

2015-ci ilin oktyabrında evlənən müğənni Fərman Topraq və Hilal Öztürk Marmarisdə bal ayına çıxıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni konsertlərinin çox olması səbəbindən bal ayına çıxmağa indi vaxt tapdıqlarını bildirib:

“Heç cür vaxt tapa bilmirdik. Allah indi qismət etdi. Bal ayımız gec oldu, amma təmiz oldu”.

Dəniz kənarında istirahətlərinə davam edən cütlüyün xoşbəxt olduğu görünüb.

Cia.az