|
Rio-2016: sərbəst güləşçilərimiz mübarizəyə başlayır

Rio olimpiadasında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (75 kq) mübarizəyə qoşulacaq.

Yarışa 1/8 finalda başlayacaq Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Cunsk Yun olacaq. Qarşılaşmanın Bakı vaxtı saat 17:25-də başlayacağı gözlənilir.

Cəbrayıl Həsənovun  da ilk görüşü 1/8 finalda olacaq. O, bu mərhələdə  kolumbiyalı Karlos Arturo İzquerdo ilə üz-üzə gələcək. Görüşün Bakı vaxtı ilə saat 17:45-də başlayacağı nəzərdə tutulib.

Cia.az