|
Neft sürətlə bahalaşır
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
 
Virtualaz.org hərracların son nəticələrinə istinadən xəbər verir ki, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 2,33% artaraq bir barelə görə 51,01 dollar olub.
 
WTI markalı neftin qiyməti isə bu vaxta 3,27% bahalaşaraq bir barelə görə 48,32 dollar təşkil edib.