|
Ölkəmizdəki ərəb turistlərinin sayı açıqlandı

Azərbaycana gələn ərəb turistlərin sayı açıqlandı.

Mədəniyyət və Turizm Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, ötən ay Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə 10073 turist gəlib. Bu ilin əvvəlindən indiyədək istirahət və gəzmək üçün Azərbaycanı seçən ərəb turistlərinin sayı isə 10 mini ötüb.

Qeyd edək ki, ötən ildən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edilir.