|
Dörd ayda Ermənistanın 94 hərbçisi əlil olub

Son 4 ay ərzində Ermənistan Silahlı Qüvvələrinin 94 hərbçisi əlil statusu alıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Həkim-Sosial Ekspert Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanın işğal altında olan torpaqlarındakı aprel döyüşlərindən sonra Ermənistan ordusunun 14 hərbçisi əlil olub.

Bu il aprelin 11-dən 9 avqust tarixinədək isə 94 erməni hərbçisi əlil statusu alıb. 
Xəbərdə o da bildirilir ki, hazırda əlil statusu almaq üçün müraciət etmiş xeyli hərbçi gözləməkdədir.

Cia.az