|
KXCP qurultay keçirəcək

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, 23 dekabrda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, KXCP- nin 2015- cü il fəaliyyət istiqamətləri və 2015- ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlıməsələlər müzakirə edilib. Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. Partiya sədri 2014- cü ildə vətəndaş cəmiyyəti fəallarına qarşı olan təzyiqlərdən, qanunsuz həbslərdən danışıb. Çıxışında insan haqlarının kobud şəkildə tapdanması, azad mətbuatın susdurulmasına toxunan M. Mirəlioğlu “Azadlıq” radiosunun dekabrın 26- da qapısının möhürlənməsi və əməkdaşlarının istintaqa çağrılmasının yolverilməz olduğunu bildirib. Partiyanın fəaliyyətinin güclənməsinin vacibliyini bildirən KXCP sədri 2015- ci ildə nizamnamə çərçivəsində qurultayın keçirilməsinin labüdlüyünü qeyd edib.

Sessiyada KXCP- nin növbəti Qurultayının nizamnaməyə uyğun şəkildə keçirilməsi və 15 nəfərlik tərkibdən ibarət Təşkilat Komitəsinin yaradılması barədə qərar qəbul olunub.