Almaniya millisinin futbolçusu Mario Qomes "Volfsburq"a transfer olunub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
O, yeni klubunda 33 nömrəli forma geyinəcək.
Qeyd edək ki, M.Qomes ötən mövsüm icarə əsasında "Beşiktaş"da çıxış edib.
Cia.az
