|
Maraqla gözlənilən filmin treyleri çıxdı -

Rejissoru Deni Vilnöv-ün olduğu filmdə baş rolları Ami Adams, Ceremi Renner, Forest Uitaker, Maykl Stulbarqın canlandırdığı “Arrival” filminin treyleri nümayiş edilib.

Cia.az Technote-yə istinadən xəbər verir ki, filmin ilk treylerində dünyanın bir çox yerlərində yadplanetli gəmilərin eniş etdiyi görünür.

Hərbçilər yadplanetlilərin hansı səbəbə görə yer planetinə gəlmələrini öyrənmək üçün dilşünas tapırlar. Filmin baş qəhrəmanı dilşünas qadın isə müəyyən vaxtdan sonra yadplanetlilər ilə əlaqə yarada bilir. Bununla bərabər o öz şüurunda bəzi görüntüləri görür. Həmin görüntülər sayəsində o yadplanetlilərin hansı səbəbə görə yerə eniş etdiklərini öyrənir.

Qeyd edək ki, filmin premyerası bu ilin dekabr ayında baş tutacaq.

Cia.az