Ermənistan hökuməti "Aspar ARMS" şirkətinə silah istehsal etmək üçün üç il müdddətinə lisenziya vermək istəyir.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan polisinin lazırladığı layihə artıq polis rəisi Vova Qasparyan tərəfindən imzalanıb da.
Layihəyə əsasən "Aspar" şirkəti odlu silah, müxtəlif çaplı güllələr, partlayıcı və gözyaşardıcı maddələr istehsal edəcək.
Ən maraqlısı isə odur ki, həmin "Aspar ARMS" şirkəti öz cinayət əlaqələri ilə məşhur olan və 2015-ci ildə Berdzordakı müxalifət üzvləri qırğınının səbəbkarı hesab edilən “DQR”in “baş nazir müavini” Artur Ağababyana məxsusdur.
